Kirill Safonov

Kirill Safonov

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Kirill Leonoviç Safonov — rusiyalı kino, teatr və dublyaj aktyorudur. Kirill Leonoviç Safonov 21 iyun 1973-cü ildə Krasnoyarsk vilayətinin Yermakovskoye şərqi sibir kəndində anadan olub. 1999-2001-ci illərdə aktyor Leonid Kanevskinin dəvəti ilə İsrailin “Qeşer” teatrında çalışıb. Tel-Əvivə ailəsi ilə köçən ərəfədə aktyorun anası və bacısı artıq orda yaşayırdılar. Kirill iki aya ivrit dilini öyrənir. Aktyor şer yazmaqla, oxumaqla, rəssamlıqla, foto çəkməklə maraqlanır. Aktiv istirahətə üstünlük verir.  Rusiya vətəndaşlığı ilə yanaşı İsrail vətəndaşlığını alıb. Hal hazırda hər iki ölkədə çalışır. İstər rusiya, istərsədə israil kinematoqrafiyasında çəkilir. Son illərdə teatr aktyoru kimi daha çox işəyir. 26 iyun 2016-cı ildə rejissor kimi debüt edib. Onun filmi Moskva Beynəlxalq kinofestivalında tədqim olunub. Müsabiqə çərçivəsində “Dördüncü” qısametrajlı filmi nümayiş edilib. Həmin ili “Dördüncü” qısametrajlı filminə görə Qızıl Feniks kinofestivalında Yuri Qaqarin adına “Yaqut Feniks” debüt mükafatına layiq görülüb. 2010-cu ildən Rusiyanın “Fabrika” pop-qrupunun solisti, müğənni Aleksandra Savelyeva ilə evlidir. 2019-cu ildə cütlüyün oğlan övladı dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D1%84%D0%BE%D0%BD%D0%BE%D0%B2,_%D0%9A%D0%B8%D1%80%D0%B8%D0%BB%D0%BB_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç