Roman Madyanov
Aktyor
Roman Sergeyeviç Madyanov - Sovet və Rusiyanın kino və teatr aktyorudur. 22 iyul 1962-ci ildə Moskvada (Rusiya) anadan olub. "Ən yaxşı ikinci dərəcəli kişi aktyoru" nominasiyasında dörd dəfə “Nika” mükafatına layiq görülüb. "12" filmində "Ən yaxşı kişi rolu"na görə “Qızıl qartal” (2008) və “Leviafan” filmində "Ən yaxşı ikinci dərəcəli kişi rolu"na görə “Qızıl qartal” (2015) mükafatlarının sahibidir. Aktyor Vadim Madyanovun kiçik qardaşıdır. Atası - Sergey Veniaminoviç Madyanov televiziya redakoru işləyib. Anası Antonina Mixaylovna isə kitabxanaçıdır. 1971-ci ildə “İngilis dilindən tərcümə” filmində epizodik rolda çəkilib. 1973-cü ildı Georgi Daneliyanın “İtkin” filmində Geklberri Finn rolunda çəkilib. Məktəb illərində Roman Madyanov “Aniskin və Fantomas”, “Günah qardaşdadır” və sair filmlərdə çəkilib. Aktyorun filmoqrafiyasında 200-dən artıq film var. “Yeralaş” kinojurnalının çəkilişlərində, reklam çarxlarında çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%B4%D1%8F%D0%BD%D0%BE%D0%B2,_%D0%A0%D0%BE%D0%BC%D0%B0%D0%BD_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87