Mariya Berseneva

Mariya Berseneva

Aktrisa

BİOQRAFİYA
Mariya Vladimirovna Bersenova (qızlıq soyadı — Şipova) — rusiyalı kino və teatr aktrisası, model, sahibkardır. “Marqoşa” serialında Marqo rolu ilə məşhurlaşıb. Mariya 30 may 1981-ci ildə Moskvada anadan olub. Atası sabiq polis podpolkovniki, beynəlxalq dərəcəli idman hakimi, məşqçi, karate üzrə qara kəmər sahibidir. Mariya 2002-ci ildə Rusiyanın Teatr İncəsənət İnstitutunu bitirib. Ondan sonra “M-Qlobus”, “Point” agentliklərində peşəkar model kimi çalışıb, moda gecələri və reklam çarxlarında iştirak edib. Aktyorluq karyerasına kiçik epizodik rollardan başlayıb. Daha çox mənfi rollarda çəkilib. Onun ilk böyük rolu “Qızlar-analar” filmində olub. Aktrisa  “ИМЯ REC” model agentliyində çalışan aparıcı model Anna Zaytseva rolunu canlandırıb. “Gözəl Petya”, “Yenədə sevirəm...”, “Çempion” filmlərində çəkilib. 2011-ci ildə Konstantin Buslovun “Bablo” filmində görünüb. 2016-cı ildə “Mayor və magiya” serialında baş rollardan birini ifa edib. 2019-cu ildən “Şalom” Moskva dövlət yəhudi teatrında çalışır. “Yeddi dəfə ölç”, “Donu açılmış”, “Trali-vali” əməliyyatı” tamaşalarında iştirak edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D1%80%D1%81%D0%B5%D0%BD%D0%B5%D0%B2%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç