Qriqoriy Qorin
Ssenarist, aktyor
Qriqoriy İsraileviç Qorin – rusiyalı yazıçı satirik, dramaturq, ssenarist və teleaparıcı olub. Bir sıra ədəbi-publisistik məqalələrin müəllifidir. 1996-cı ildə Rusiya Federasiyası Əməkdar İncəsənət Xadimi adını qazanıb. 2002-ci ildə (ölümündən sonra) Rusiya Federasiyası Dövlət Mükafatı laureatı olub. Qriqoriy Qorin 12 mart 1940-cı ildə Moskvada anadan olub. Atası Böyük Vətən Müharibəsi iştirakçısı olub. Müharibə zamanı üçüncü zərbəçi ordunun 150-ci diviziyasının qərərgah rəisi vəzifəsini tutub. 1965-cı ildə yumorist Arkadiy Arkanov və bəstəkar Konstantin Pevznerlə birlikdə 6 yaşlı gürcü müğənni “İrma Soxadze üçün “Oranjevaya pesnya” adlı mahnını yazıb. 1966-cı ildə yumoristik hekayələrindən ibarət “Bir üz qabığına sığmış dörd nəfər” adlı toplusu işıq üzü görüb. 1978-1990-cı illərdə mütəmadi olaraq “Vokruq smexa” verilişlərində iştirak edib. 1990-cı illərin əvvəllərində ŞHK Yuxarı Liqasının münsiflər heyətinə tez-tez dəvət olunub. 1995-ci ildə “Ças Pik” verilişinin 19 iyul buraxılışında iştirak edib. Qriqoriy Qorin 15 iyun 2000-ci ildə 61 yaşında geniş sahəli infarktdan dünyasını dəyişib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%80%D0%B8%D0%BD,_%D0%93%D1%80%D0%B8%D0%B3%D0%BE%D1%80%D0%B8%D0%B9_%D0%98%D0%B7%D1%80%D0%B0%D0%B8%D0%BB%D0%B5%D0%B2%D0%B8%D1%87