Mark Zaxarov

Mark Zaxarov

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Mark Anatolyeviç Zaxarov - rusiyalı teatr, kino rejissoru, aktyordur. 1991-ci ildə SSRİ Xalq artisti adını qazanıb. 1987-ci ildə SSR Dövlət Mükafatı laureatı olub. Bundan başqa, üçqat Rusiya Dövlət Mükafatçısıdır (1992, 1997, 2002). 13 oktyabr 1933-cü ildə Moskvada anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. 1955-ci ilin payızından Perm Dram Teatrının aktyoru olub. 1956-cı ildən etibarən Perm Universitetinin müstəqil tələbə kollektivində rejissorluqla məşğul olur. Bəzi şagirdləri məşhur incəsənət xadimlərinə çevrilib. 1959-cu ildə həyat yoldaşı N.Lapşina ilə Moskvaya qayıdıb, Qoqol adına Moskva Dram Teatrında işə düzəlib. 1965-ci ildən etibarən Moskva Satira Teatrının rejissoru, 1973-cü ildən etibarən Moskva Lenin Komsomolu adına Teatrın baş rejissoru vəzifəsini tutub. 1970-1980-ci illərdə fəal şəkildə kinematoqrafiya ilə məşğul olub. Qorin və Şvartsın bir sıra fantastik janrda olan əsatirlərini ekranlaşdırıb. 2019-cu ilin oktyabında vəfat edib. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B0%D1%85%D0%B0%D1%80%D0%BE%D0%B2,_%D0%9C%D0%B0%D1%80%D0%BA_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç