Oleq Yankovski

Oleq Yankovski

Aktyor

BİOQRAFİYA
Oleq İvanoviç Yankovski 23 fevral 1944-cü ildə Qazaxıstanın Cezqazkan şəhərində anadan olub. Valideynləri həmin vaxt Rudnik-Cezqazkan qəsəbəsində yaşayırdı. Həmin vaxt orada doğum şöbəsi olmadığından Karsakpay rayon xəstəxanasında dünyaya gəlib. Yankovski belarus və polşa əsilllidir. Atası 1917-ci ilin inqilabına qədər qvardiya zabiti, Semyonov bölməsinin leyb-qvardiyasının qərargah kapitanı olub, Birinci Dünya müharibəsi iştirakçısı kimi Müqəddəs Georqi ordeni ilə təltif olunub. Əvvəlcə teatr aktyoru kimi fəaliyyət göstərib. Kino fəaliyyətinə 1968-ci ildə çəkilmiş "Qalxan və qılınc" (rol: Henrix Şvarskopf) filmi ilə başlayıb. 100-ə yaxın filmdə rol alıb. Kino sənətində göstərdiyi xidmətlərə görə 1991-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb. Aktyor böyük ekranlarda daha çox "Məşuq" (2002) dramında Çarışev, "Gəl, məni gör" (2001) romantik komediyasında İqor, "Çar qatili" (1991) filmində Çar Nikolay, "Nostalgiya" filmində Andrey Qorçakov, "Həmin Münxqauzen" kino-nağılında Baron Münxqauzen rolu ilə tanınır. 2008-ci ilin iyulunda məşq zamanı Oleq Yankovskinin halı pisləşir və o, təcili olaraq xəstəxanaya yerləşdirilir. Ona ürəyin işemiyası diaqnozu qoyulur. 2008-ci ilin sonunda aktyor mədəsində daim ağrıların olmasından gileylənir, yağlı yeməklərdən ürəyi bulanır, çox arıqlayır. Həkimlər ona mədəaltı vəzin xərçəngi diaqnozunu qoyurlar. 2009-cu ilin aprelində aktyorun bədənində  daxili qanaxma başlayır. 20 may 2009-cu ildə Oleq Yankovski 66 yaşında vəfat edir. Özündən sonra oğlu Filipp (1968-ci il təvəllüdlü) onun yolunu davam etdirir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Oleq_Yankovski
FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç