Maykl Penn

Maykl Penn

Bəstəkar, aktyor, ssenarist

BİOQRAFİYA

Maykl Penn – məşhur amerikalı bəstəkardır. 1 avqust 1958 –ci ildə Nyu-Yorkda, Qrinviç Villicdə anadan olub. Aktyor/rejissor Leo Penn və aktrisa Eylin Rayanın oğludur. Aktyor Şon və böyük Kris Pennin qardaşıdır. "March" debüt albomunu tanıtmaq üçün 1989-cu ildə Penn The Pull qrupu ilə "Saturday Night Live" epizodunda “This & That” mahnısını ifa edib. Bundan öncə Doll Congress qrupunun üzvü olub. Doll Congress televiziya seriallarında çəkilib. "March" albomu xüsusən “No Myth” sinqlı qısa zamanda Maykla şöhrət gətirir. 1990-cı ildə Ən yaxşı yeni ifaçı nominasiyasında MTV Video Music Award mükafatlarına layiq görülüb. Ardınca Pennin "Free-for-All" (1992), "Resigned" (1997) və MP4: "Days Since a Lost Time Accident" (2000) albomları işıq üzü görüb. Ancaq ilk albomunun qazandığı populyarlığı təkrarlaya bilməyiblər. “Buqi stilində gecələr” (1997), “Bədbəxt səkkizlik” (1996), “Seksoqolik” (2009), “Şəhərdə ayaqyalın” (2014) və sair filmlər və "Qızlar" (2012-2015), "Seks ustaları" (2013-2015) seriallarına musiqi bəstələyib. “Buqi stilində gecələr” (1997) filmində və "Həkim Markus Uelbi" (1969-1976) serialında çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.last.fm/ru/music/Michael+Penn/+wiki

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç