Bojena Nemtsova

Bojena Nemtsova

Yazıçı

BİOQRAFİYA
Bojena Nemtsova 1820-ci ildə Vyanada (Avstriya) anadan olub. Onun atası varlı bir dvoryan malikanəsində mehtər, anası isə Ratiborjitsada, hersogina Saqanın malikanəsində qulluqçu idi. O, ancaq ibtidai təhsil ala bilib. Bojena Nemtsova öz üzərində müstəqil çalışmaq yolu ilə ədəbi biliyini mükəmməlləşdirib. Bojena Nemtsova 17 yaşında kiçik məmura ərə gedib, dörd övladı olub. O, bir müddət əri ilə Kosteletsədə yaşayıb. Həyat yoldaşının tez-tez iş yerini dəyişməsi ilə əlaqədar ölkənin bütün yerlərini gəzməli olub. Onun yaradıcılığında tərbiyə və maarif məsələləri xüsusi yer tutur. Bojena Nemtsova ömrü boyu maddi ehtiyac içərisində yaşayıb. Ömrünün axırıncı on ili yazıçı üçün xüsusilə ağır keçib. 1850-ci ildə Bojena Nemtsovanı şübhəli şəxs hesab etdikləri üçün onun ərini işdən kənar edirlər. Nəticədə ailənin bütün maddi qayğıları Bojena Nemtsovanın üzərinə düşür. Bojena Nemtsova yoxsulluq və ehtiyac içərisində 21 yanvar 1862-ci ildə Praqada vəfat edib. Görkəmli çex yazıçısı Bojena Nemtsovanın 130 illiyi 4 fevral 1950-ci ildə Çexoslovakiyada (Çexiya) təntənə ilə qeyd edilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Bojena_Nemtsova
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç