Karel Svoboda

Karel Svoboda

Bəstəkar, aktyor

BİOQRAFİYA

Karel Svoboda 19 dekabr 1938-ci ildə Praqada (Çexiyada) anadan olub. 1960-1970-ci illərdə bir sıra kino və televiziya filmlərinin musiqisinin müəllifi olub. Elektrovox instrumental elektron musiqi ansamblının bədii rəhbəri olub. Tibb fakültəsində oxusa da, üçüncü kursda təhsilini yarımçıq qoyaraq, bəstəkarlıqla məşğul olmağa başlayıb. “Mefisto” rok-qrupunda iştirak edib. Daha sonra “Laterna Magica” Praqa teatrı üçün və bir sıra çex müğənnilər üçün mahnılar yazıb. 1965-ci ildə Yaromir Mayerin ifasında “Slunce z oknem” adlı sinqlını buraxıb. Bir qədər sonra “Svoboda” leybli altında “Navrat Gemini” adlı plastinkası çıxıb. 1969-cı ildə çexiyalı müğənni Karel Qotta üçün “Karnaval ledisi” mahnısını yazıb. Karyerası ərzində ümumilikdə 80 mahnının bəstəkarı olub. 28 yanvar 2007-ci ildə vəfat edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B2%D0%BE%D0%B1%D0%BE%D0%B4%D0%B0,_%D0%9A%D0%B0%D1%80%D0%B5%D0%BB

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç