Riz Uizerspun

Riz Uizerspun

Aktrisa, prodüser

BİOQRAFİYA

Riz Uizerpsun 22 mart 1976-cı ildə Yeni Orleanda (Luiziana ştatı, ABŞ) dünyaya gəlib. Atası hərbçi olduğuna görə aktrisanın uşaqlıqda bir neçə ili Almaniyada keçib. Dörd yaşı olanda ailəsi Tennesiyə köçür. Hələ uşaq vaxtı Riz valideynləri kimi həkim olmağı arzulayırdı. Yeddi yaşı olanda gül mağazasının reklamında çəkilir, sonradan aktyorluq kurslarına yazılır. Eyni zamanda oxumağı sevən Riz məktəbi bitirdikdən sonra Stenford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil alır. Lakin əsas marağı aktrisa olmaq idi. 1990-cı ildə “Aydakı adam” filmində epizodik rola çəkilmək arzusu ilə kastinqə gedən Riz ikincidərəcli rollardan birinə təsdiqlənir. Aktrisa filmdəki oyununa görə “Gənc aktyor” mükafatına namizəd seçilir. Növbəti illərdə “Vəhşi çiçək”, “Dözülməz seçim” filmlərində çəkilir. 1993-cü ildə “Ayı Cek” filmi və “Tənha göyərçin. Qayıdış” mini-serialında çəkilir. Bundan başqa, “Yapon polisi” komedik dramında baş rolda (1994), “Şose” (1996) trillerində və Pol Nyumanın baş rolda çəkildiyi “Toran" (1998) filmlərində iştirak edir. Çəkiliş qrafikinin sıxlığına görə, Riz təhsilini yarımçıq qoyur, lakin bir il sonra yenidən davam etdirir. Aktrisanı tanıdan filmlərdən biri də bir neçə kateqoriyada "Oskar" mükafatına namizəd olan “Plizentvill” filmi olur. Növbəti uğur isə 1999-ci ildə gələcək həyat yoldaşı Rayan Filipplə baş rolda çəkildiyi “Amansız oyunlar” filmindən sonra qazanılır. Cütlüyün qız övladı dünyaya gəldikdən sonra Riz bir qədər karyerasına fasilə verir. Lakin bu çox çəkmir və növbəti illərdə “Yaxşı planlar”, ”Mənsəbpərəst” və “Amerikalı psixopat” filmlərində çəkilir. Uizerspunun növbəti ulduz məqamı “Qanun çərçivəsində sarışın” komediyasında oynadığı baş rol olur. Film böyük uğur qazanır və Riz “Qızıl Qlobus” mükafatına namizədlər sırasına düşür. O vaxtdan qonorarı artır və yeni layihələrə dəvət alır. Bu uğurdan sonra “Ciddi olmağın vacibliyi”, “Gözəl qız”, “Qanun çərçivəsində sarışın 2” və “Şöhrətpərəstlik yarmarkası” kimi filmlərdə çəkilir. 2005-ci ildə Conni Keş və Cun Karterin bioqrafiyası əsasında çəkilən “Xətti keçmək” melodramının premyerası olur. Beş kateqoriya üzrə "Oskar" mükafatına namizədliyi irəli sürülən film Riz Uizerspuna "İlin ən yaxşı aktrisası" mükafatını qazandırır. Həmçinin, "Qızıl Qlobus" və BAFTA laureatı olur. Həmin il aktrisanın “Yerlə göy arasında” dramının premyerası olur. Uizerspunun filmoqrafiyasına “Penelopa” (2006), “Versiya” (2007), ”Dörd milad bayramı” (2008), “Necə bilmək olar...” (2010) filmləri daxildir. Riz həmçinin “Bədheybətlər gəlmələrə qarşı” animasiya filmində personajlardan birini səsləndirib. Aktrisanın son işlərindən “Vəhşi”, “Qaçaq polislər” (2015) filmlərini izləyə bilərsiniz. Riz Uizerspun 2014-cü ildə ekrana çıxan “Vəhşi" filminə görə "Oskar", "Qızıl Qlobus" və BAFTA-ya namizəd olan beş aktrisadan biri olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Reese_Witherspoon

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç