Karola Braunbok

Karola Braunbok

Aktrisa

BİOQRAFİYA

Karola Braunbok – almaniyalı aktrisadır. 9 yanvar 1924-cü ildə Almaniyanın Böhmen torpağının Vşxerau şəhərində anadan olub. 1947-1949-cu illərdə Leypziq musiqi-dram məktəbində oxuyub. 1949-cu ildən Alman teatrının (Berlin) aktrisasıdır, daha sonra “Berliner ansambl”ında xidmət göstərib. 1951-ci ildən aktiv şəkildə DEFA kinostudiyasının kinofilmlərinə çəkilir. Karola Braunbokun yaradıcı arsenalında çoxsaylı lentlər olsa da, demək olar ki, heç vaxt baş rol oynamaq ona nəsib olmayıb. İkinci plan rollar almasına rəğmən onun ifasına bütün canını qoyub, maraqlı obrazlar canlandırıb. Böyük ustalıqla qrotesk xarakterlər yaradıb, çoxbilmiş qonşu, deyingən qayınanaları oynayıb. Post-sovet məkanında daha çox “Zoluşka üçün üç qoz” kinonağılında oynadığı daş qəlbli ögey ana obrazı ilə yadda qalıb. 4 iyul 1978-ci ildə Berlində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Carola_Braunbock

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç