Pavel Travniçek

Pavel Travniçek

Aktyor

BİOQRAFİYA

Pavel Travniçek 26 oktyabr 1950-ci ildə Çexoslovakiyanın Konitsa şəhərində anadan olub. “Zoluşka üçün üç qoz” adlı populyar fentezi filmində oynadığı baş rolla məşhurlaşıb. JAMU teatr akademiyasında təhsilini başa vurduqdan sonra Bratri Mrtsiku (Brno şəhəri) teatrının truppasına qoşulub. 1982-ci ildən etibarən Praqa teatrlarının səhnəsinə çıxır. 1990-1993-cü illərdə Karlin Musiqi Teatrının bədii rəhbəri vəzifəsini tutub. 1996-cı ildən “Skelet” teatrında çalışıb (teatr 2006-cı ildən “İllusion biograf” adlandırılır). “Markus” adlı aktyor agentliyinin təsisçisidir. Həmçinin televiziyada müxtəlif konkursların təşkilatçısı olub. Xarici filmlərin dublyajında iştirak edib. Pavel Travniçek iki oğul atasıdır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/euro/67208/bio/

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç