Libuşe Şafrankova
Aktrisa
Libuşe Şafrankova – Çexoslovakiya və hal-hazırda Çexiya aktrisasıdır. 7 iyun 1953-cü ildə Çexoslovakiyanın Brno şəhərində anadan olub. Uşaqlıq illərindən bəri teatrla maraqlanır. Libuşenin özündən kiçik bacısı var. “Su pərisi” filmində birlikdə çəkiliblər. İlk uğuru tanınmış çexiyalı yazıçı Bojena Nemtsovanın romanı əsasında ekranlaşdırılmış “Nənə” filmində oynadığı rolla qazanıb. Libuşa Şafrankova həmin ekran əsərində yazıçının uşaqlığını oynayıb. Şafrankova Brno şəhər teatr peşə məktəbini bitirib. Kinoda bir sıra uğurlu rollarından sonra tanınmış Praqa teatrı olan “Drammatik klub”un səhnəsinə çıxıb. Orada gələcək həyat yoldaşı, tanınmış çex aktyor Yozef Abramla tanış olub. 1973-cü ildə populyar fentezi “Zoluşka üçün üç qoz” filminə çəkilib. Həmin kinonağıla çəkiləndə aktrisanın 19 yaşı var idi. Həmin roldan sonra Sovet məkanının sevilən, populyar aktrisasına çevrilib. Ardıncaq “Su pərisi” (1975), “Şahzadə və gecə ulduzu” (1979), “Üçüncü şahzadə” (1982), “Kolya” (1996, “Oskar” mükafatı qazanıb) kimi lentlərdə rol alıb. Uzun müddət Drammatik Klubun aktrisası kimi tamaşalarda iştirak edib. 2014-cü ildən bəri ağ ciyər xərçəngindən müalicə olunur. 2015-ci ildə səhhəti ilə əlaqədar İncəsənət sahəsində yüksək mükafatın təqdimatında iştirak edə bilməyib, yerinə mükafatı bacısı prezidentindən qəbul edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D1%84%D1%80%D0%B0%D0%BD%D0%BA%D0%BE%D0%B2%D0%B0,_%D0%9B%D0%B8%D0%B1%D1%83%D1%88%D0%B5