Ertan Saban
Aktyor
Ertan Saban – makedoniyalı-türkiyəli aktyor və ssenaristdir. “Mehmet: Bir Cihan Fatihi” serialında imperator Konstantin rolu ilə şöhrət qazanıb. 4 dekabr 1977-ci ildə Skopya şəhərində anadan olub. Aktyorluq karyerasına 2003-cü ildə “Yaşamaq necə də qorxuludur” dramı ilə başlayıb, lentin çəkilişləri Makedoniya, Xorvatiya, İtaliya və Böyük Britaniyada aparılıb. Ardınca “Müqəddəsi necə öldürdüm”, “Prokurorun arvadı” və “Kontakt” kimi layihələrdə iştirak edib. Beynəlxalq şöhrəti isə ona “Şəbəkə 2.0” trillerində oynadığı rol gətirib. Bundan başqa “Əlvida Rumeli”, “Kölgəsiz”, “Heç kim məsum deyil”, “Başqa məhəllənin uşaqları” kimi filmlərdə oynadığı rolları ilə tanınır. 2016-cı ildə aktrisa Ebru Özkanla ailə qurub. Cütlüyün bir övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://mehmedbircihanfatihi.fandom.com/ru/wiki/%D0%AD%D1%80%D1%82%D0%B0%D0%BD_%D0%A1%D0%B0%D0%B1%D0%B0%D0%BD