Ciddu Krişnamurti

Ciddu Krişnamurti

Yazıçı

BİOQRAFİYA

Ciddu Krişnamurti — Hind əsilli filosof və yazıçıdır. 1895-ci il 12 may tarixində Hindistanın cənubunda Madras yaxınlığında Madanapalle şəhərində kasıb bir ailənin 8-ci uşağı kimi dünyaya göz açıb. 1904-cü ildə kiçik qardaşı ilə həyətdə oynayarkən “Theosophical Society”nin Hindistandakı liderlərindən birinin diqqətini çəkib və fövqəladə xüsusiyyətə sahib olması, dünyagörüşü etibarı ilə yaşıdlarından fövqəladə səviyyədə seçilməsi onun ən nəhayət “Theosophical Society”nin baş lideri ilə tanış olmasına gətirib çıxardı. 15 yaşında olarkən Krişnamurti, artıq TS`nin yaratdığı “Şərq Ulduzu” təşkilatının lideri seçildi. 1919-cu ildə universitetə daxil olaraq fransız və sanskrit dillərində dərs almağa başladı. Getdikcə daha da özünü dərk edən Krishnamurti lideri olduğu təşkilatın əslində heç bir məna kəsb etmədiyini anladı, çünki hər hansısa bir təşkilat ya da bir dərnək insanı özünə çatdırmağı əngəlləyir. Buna görə 1929-cu ildə təşkilatı ləğv etdi. Bundan sonra bütün dünyanı dolaşaraq insanlar ilə tanış olaraq onlarla münasibətdə olmağı qərara aldı. Hollandiya, Hindistan, Yeni Zelandiya, Cənubi Amerika, İngiltərə, Fransa, İsveçrənin müxtəlif kənd və ya bölgələrində olaraq minlərlə insanla söhbət etdi. Keçirdiyi görüşlərdə, insanlarla arasında qurduğu bağlılıqlarda insanları hansısa bir dinə çəkməyib. Milliyyətçilik, dindarlıq hislərindən qurtulmağa, yalnız insan olaraq qalmağa səsləyirdi insanları. Məsih adı verilsə də bunu heç bir zaman qəbul etməyib. Bütün dünyada geniş dinləyici kütləsinə sahib olmasına baxmayaraq ətrafındakı insanlar tərəfindən yaradılmış olan təşkilatı dağıdıb, çünki heç bir zaman kiminsə ağası olmaq istəməmiş, hər bir fərdin həqiqətə yalnız özünü dərk etmək ilə çatacağını və bu iş də heç bir kənar şəxsin müdaxiləsi olmaması lazım gəldiyini bildirib. Ömrünün sonuna kimi insanlar arasında olmuş, onlarla ünsiyyət qurub. Və ölümünə az qalmış bütün bu keçirdiyi görüşlərdəki fikirlərini kitab halına salıb. “Həqiqət keçilməz bir səddir”, “Hərəniz bir cürə inanırsız, amma inancınız heç də həqiqəti göstərmir. "Etdiyiniz, düşündüyünüz, sizin olduğunuz şey həqiqətdir.” kimi fikirlərini hər zaman söyləyib. 1986-cı il fevralın 17-də Kaliforniya ştatının Ojai şəhərində xərçəng xəstəliyindən dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ciddu_Kri%C5%9Fnamurti

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç