Con Perkins
Yazıçı
Con Perkins 28 yanvar 1945-ci ildə Hanovere şəhərində (Nyu Qempşir ştatı, ABŞ) anadan olub. 1968-1970–ci illərdə Ekvadorda Dünya Korpusunun könüllüsü olub. Bu təcrübə iqtisadi proseslərin tədqiqinə və yazıçı fəaliyyətinə başlamasına təkan verdi. 1970-ci illərdə iri konsaltinq firmasında baş iqtisadçı vəzifəsində çalışıb. Dünya bankı, BMT, ABŞ maliyyə nazirliyinə, Fortune 500 şirkətlərinə, Asiya, Afrika, Latın Amerikası, Yaxın Şərq ölkələrinin hökumətlərinə xidmət göstərib. 2004-cü ildə “İqtisadi qatilin etirafı” məşhur kitabı nəşr olunub. Üçüncü dünya ölkələrinin istismarı və ya neo-kolonizasiyası haqqında insayder məlumatlar dərc olunub. Bu prosesi Perkins korporasiyaların, bankların, ABŞ hökumətinin intriqası adlandırır. Onun 2007-ci ildə dərc olunan “Amerika imperiyasının sirli tarixi” kitabında qlobal korporasiyaların kasıb ölkələrin iqtisadiyyatına və ekologiyasına mənfi təsir göstərməsi sübuta yetirilir. Con Perkins iqtisadiyyat və geosiyasət haqqında kitablardan savayı, aborigenlərin mədəniyyəti, həmçinin “Psixonaviqasiya”, “Şuarlar ruhu”, “Stressiz”, “Dünya sənin gözünlə” və “Sima dəyişimi” şəxsi və qlobal dəyişim haqqında kitablar yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%80%D0%BA%D0%B8%D0%BD%D1%81,_%D0%94%D0%B6%D0%BE%D0%BD