Roksanna Medouz
Rejissor, prodüser, ssenarist, illüstrator, operator, montajor
Roksana Medouz 1948-ci ildə anadan olub. Amerikalı illüstrator, texniki və memarlıq obyektlərinin layihə müdiri, sənədli filmlərin prodüseri və rejissorudur. 1975-ci ildə təsis etdiyi “Venera layihəsi” yaradıcısı futuroloq və mühəndis Jak Freskonun tərəfdaşıdır. Murun sənət kollecini bitirib. Merilend ştatının İncəsənət İnstitutunda təsviri incəsənət ixtisası üzrə bakalavr dərəcəsi alıb. Uzun müddət Jak Freskonun rəhbərliyi ilə rəsmxətt, memarlıq və modelləşdirməni öyrənib. Disney Development Corp., Wilbraham and Monson Academy kimi şirkətlərlə çalışan Architectural Arts Inc şirkətinin həmtəsisçisidir. “Venera layihəsi” üzərində çalışdığı zaman bir neçə nəşrdə çap olunan və ya sənədli, bədii filmlərdə göstərilən illüstrasiya, model və planlar hazırlayıb. Tədqiqat mərkəzinin layihələşdirilməsi və tikintisində iştirak edib. 2017-ci ildə Freskonun ölümündən sonra mühazirə oxumaq, seminar keçirmək və layihənin ideyasını yaymaqla məşğuldur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%B4%D0%BE%D1%83%D0%B7,_%D0%A0%D0%BE%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B0