Jak Fresko

Jak Fresko

Ssenarist, prodüser, rejissor, operator

BİOQRAFİYA

Jak Fresko 13 mart 1916-cı ildə Bruklində (ABŞ) anadan olub. Avtodidakt idi və industrial dizayn sahələrində çalışmışdı. Fresko davamlı şəhərlər, enerji effektivliyi, təbii resursların idarəolunması, avtomatlaşma və elmin cəmiyyətdə yeri haqda fikirlərini yazıb və mühazirələrində dilə gətirib. O, "Venus layihə"sini yaratmış və Resurs əsaslı İqtisadiyyat adlandırdığı sosyo-iqtisadi modelin qlobal tətbiqini müdafiə edib. Fresko Orta Asiyadan Amerikaya köçmüş mühacirlər Lena və İsaac Freskonun ailəsində dünyaya gəlib. Onun atası 1880-ci ildə doğulub və 1905-ci ildə İstanbuldan Nyu-Yorka köç edib. O, burada bitkiçiliklə məşğul olurdu və 1963-cü ildə vəfat edib. Freskonun anası 1887-ci ildə Qüdsdə anadan olub və həmçinin o da təqribən 1904-cü ildə Nyu-Yorka köç edib. O, 1988-ci ildə vəfat edib. Freskonun Freda adında bacısı və David adında qardaşı var idi. Fresko Los-Ancelesdə yaşayarkən iki dəfə ailə həyatı qurub və ikinci evliliyini Mayamiyə köçdükdən iki il sonrasına kimi davam etdirib. O, 1957-ci ildə ikinci həyat yoldaşından boşanıb və ömrünün sonuna kimi dul yaşayıb. Onun ikinci həyat yoldaşı Patrisiya 1956-cı ildə Riçard adlı oğul və Bambi adlı qız dünyaya gətirib. Riçard orduda zabit idi və 1976-cı ildə vəfat edib. Bambi 2010-cu ildə xərçəngdən ölüb. Fresko 2017-ci il may ayının 18-də 101 yaşında Sebring Floridadakı evində yatarkən Parkinson xəstəliyinin ağırlaşmasından ölüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Jak_Fresko

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç