Canik Fayziyev

Canik Fayziyev

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Cahongir Habibullayeviç (Canik) Fayziyev  özbəkistanlı və rusiyalı rejissor, prodüser, aktyor və ssenaristdir. “KİT” kinostudiyasının Baş direktorudur. 30 iyul 1961-ci ildə Daşkənddə aktyor ailəsində anadan olub. Atası özbəkistanlı rejissor Həbib Fayziyev, anası aktrisa Oydin Norbayevadır. Canikin heç bir yaşı olmamış valideynləri boşanıb. Anası sonradan osetin aktyor Bimbolat Vatayevə ərə gedib, həmin nikahdan Canikin Zaurbek Vatayev adlı qardaşı var. Canik uşaqlıq illərindən televiziya filmlərinə çəkilir. 1983-cü ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluğunu bitirib. 1991-ci ildə isə həmin təhsil müəssisəsinin rejissorluq fakültəsindən məzun olub. 1980-ci illərin sonlarında televiziyada rejissor kimi fəaliyyət göstərib, bir neçə layihəni işə salıb. 1993-cü ildən Moskvada yaşayır və işləyir. 1994-cü ildə Yaltada keçirilən reklam filmləri festivalında “Gümüşü sərv” mükafatının laueratı olub. Lina Espli ilə evli olub. Oğlu və qızı var. 2011-ci ildə aktrisa Svetlana İvanova ilə görüşməyə başlayıb. 2015-ci ildə romantik münasibətlərinin olduğunu ictimai şəkildə bəyan ediblər. İki övladları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B0%D0%B9%D0%B7%D0%B8%D0%B5%D0%B2,_%D0%94%D0%B6%D0%B0%D1%85%D0%BE%D0%BD%D0%B3%D0%B8%D1%80_%D0%A5%D0%B0%D0%B1%D0%B8%D0%B1%D1%83%D0%BB%D0%BB%D0%B0%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç