Aleksandr Oleşko

Aleksandr Oleşko

Aktyor

BİOQRAFİYA

Aleksandr Vladimiroviç Oleşko – rusiyalı teatr və kino aktyoru, teleaparıcı, müğənni və parodiyaçıdır. 23 iyul 1976-cı ildə Kişinyovda (Moldova) anadan olub. Anası Lyudmila Vladimirovna energetika müəssisəsində texnik işləyib. Valideynləri boşanıb və o, atalığı Aleksandr Fedoroviçin evində böyüyüb. Uşaqlığı Moldovada keçib. 1991-ci ildə, 15 yaşında olanda Moskvaya köçüb, orada Dövlət Sirk və Estrada İncəsənət Peşə Məktəbinə daxil olub. Oranı fərqlənmə ilə bitirib. Həmin ildən etibarən Moskva Akademik Satira Teatrının truppasının üzvü olub. 2000-2010-cu illərdə Moskvanın “Sovremennik” teatrında səhnəyə çıxıb. Bundan başqa, dəvət olunmuş aktyor olaraq Y.Vaxtanqov adına Dövlət Akademik teatrının tamaşalarında oynayıb. 2018-ci ildə Moskva meriyasına namizəd Sergey Sobyaninin səlahiyyətli nümayəndəsi olub. Yarım il ərzində aktrisa Olqa Belova ilə evli olub. Onlar teatr məktəbində oxuduqları illərdə tanış olublar və məzun olduqdan sonra evləniblər. Televiziya verilişlərindən birin Oleşko rəssam bir qadınla vətəndaş nikahında olduğunu etiraf etsə də, onun adını açıqlamayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Alexander_Oleshko

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç