Qoşa Kutsenko

Qoşa Kutsenko

Aktyor

BİOQRAFİYA

Qoşa Kutsenko – ukraynalı və rusiyalı teatr və kino aktyoru, kinorejissor, müğənni, ssenarist, prodüser və ictimai xadimdir. 2013-cü ildə Ukraynanın "Əməkdar artist"i fəxri adını qazanıb. “Ana, qəm yemə” və “Antikiller” filmlərində oynadığı rolları ilə məşhurlaşıb. Kutsenko 20 may 1967-ci ildə Zaparojye şəhərində (Ukrayna) anadan olub. Atası Ukraynanın Radio Sənaye naziri, anası rentgenoloq-həkim olub. Qoşanın əsl adı Yuridir, valideynləri ona kosmonavt Yuri Qaqarinin adını qoyublar. Ata nənəsi opera müğənnisi olub. Lvovda 56 saylı məktəbi bitirib. Daha sonra Lvov Politexnik İnstitutuna daxil olsa da, təhsilini yarımçıq buraxıb və Sovet Ordusuna həqiqi hərbi xidmətə çağrılıb. Rabitə qoşunlarında xidmət edib. 1988-ci ildə Moskvaya köçüb. Rusiya Texnologiya Universitetinə daxil olsa da, orada da təhsilini yarımçıq qoyub. İki ildən sonra Moskva Bədii Teatrının studiya məktəbinə qəbul olunub, bu təhsil ocağını 1992-ci ildə bitirib. Mossovet adına Teatrın truppasının üzvü olub. Həmçinin dizayner qismində "Be Free" şirkəti ilə əməkdaşlıq edir. Bir müddət ŞHK Yüksək Liqasına münsiflər heyətinin üzvü qismində dəvət olunub. 2016-cı ildə aktyorluq karyerasını dayandırdığını və rejissor kimi fəaliyyət göstərmək fikrində olduğu bildirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%86%D0%B5%D0%BD%D0%BA%D0%BE,_%D0%93%D0%BE%D1%88%D0%B0

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç