Maksim Matveyev
Aktyor
Maksim Aleksandroviç Matveyev – rusiyalı teatr və kino aktyorudur. 2018-ci ildə Rusiya Federasiyasının əməkdar artisti adını alıb. 28 iyul 1982-ci ildə Kalininqrad vilayətinin Svetlıy şəhərində anadan olub. 1999-cu ildə gümüş medalla Maksim 2 nömrəli V.P.Tixonov adına məktəbi bitirib. Şagird olduğu illərdə sənədlərini tibb institutuna verməyi planlaşdırıb. Ancaq orta təhsili başa vurduqdan sonra fikrini dəyişib və Dövlət xidmətinin P.A.Stolpin adına akademiyasının hüquq fakültəsinə daxil olub. Ancaq sonradan təsadüfi bir hadisə nəticəsində teatr fakültəsinə keçib. Belə ki, müxtəlif oyun və konkursların keçirildiyi rayon medalçılarının şənliyində Maksim öz istedadı ilə aparıcı Smirnovun diqqətini cəlb edib. Sonuncu ona özünü teatr fakültəsində sınamağı tövsiyə edib. Maksim qəbul imtahanlarında bir başa iki ali təhsil ocağına sənəd verib: dövlət xidmətinin akademiyasına və Saratov konservatoriyasının teatr fakültəsinə. Nəticədə onu teatr fakültəsinə birbaşa ikinci kursa qəbul ediblər. Onun ilk rolu “Tanrının təlxəyi”adlı diplom tamaşasında Nikinski rolu sayılır. Birinci həyat yoldaşı teatr və kino aktrisası Yane Sekste olub. İkinci həyat yoldaşı 1985-ci il təvəllüdlü aktrisa Yelizaveta Boyarskaya ilə 2010-cu ildə ailə qurub. 2012 və 2018-ci il təvəllüdlü iki oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%82%D0%B2%D0%B5%D0%B5%D0%B2,_%D0%9C%D0%B0%D0%BA%D1%81%D0%B8%D0%BC_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87