Svetlana İvanova
Aktrisa
Svetlana Andreyevna İvanovna - rusiyalı teatr və kino aktrisasıdır. 26 sentyabr 1985-ci ildə Moskvada anadan olub. Valideynləri mühəndis-energetiklər olub. Svetlana fizik-riyaziyyət məktəbində oxuyub. 14 yaşından teatr studiyasında aktyorluq sənətini öyrənir. 2006-cı ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunda oxuyub. İnstitutda oxuduğu illərdə Svetlana kinoda debüt edib: “Xaç oğul” və “Vida əks sədası” filmlərinə çəkilib. 2011-ci ildən etibarən “Sovremennik” teatrında çalışır. 22 mart 2012-ci ildə “Üç yoldaş” tamaşasında Patrisiya Holman rolunda səhnə debütünü edib. 2006-cı ildə film çəkilişi zamanı quruluşçu-operator Vyaçeslav Lisnevski ilə dörd ilə yaxın qeyri-rəsmi nikahda olub. 2010-cu ildə cütlük yollarını ayırıb. 2011-ci ilin yaz aylarında rejissor Canik Fayziyevlə arasında eşq macərası yaşanıb. 2015-ci ildə “Hello” jurnalının keçirdiyi qala-gecədə romantik münasibətlərdə olduqlarını ictimai şəkildə təsdiqləyiblər. 2012-ci ildə Svetlananın Polina adlı qızı olub. 2018-ci ildə Mira adlı qızını dünyaya gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B0,_%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%BB%D0%B0%D0%BD%D0%B0_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B5%D0%B2%D0%BD%D0%B0