Hizer Qrem

Hizer Qrem

Aktrisa, ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Hizer Coan Qrem 29 yanvar 1971-ci ildə Miluoki şəhərində (Viskonsin ştatı, ABŞ) anadan olub. Onun atası Cim — sabiq FTB agenti, anası Coan uşaq kitablarının müəllifidir. Qremin aktrisa və yazıçı olan Eymi adlı özündən kiçik bacısı var. Ailədə sərt katolik ənənələrinə uyğun tərbiyə alıb. Övladlarının aktrisa olmaq istəyinə razılıq verən valideynlər onun çılpaq və açıq-saçıq səhnələrdə çəkilməsinə qəti şəkildə qadağa qoyub. Lakin Qrem aktrisa olandan sonra “Buqi stilində gecə” (1997) filmində bir neçə çılpaq səhnədə çəkilib. Hal-hazırda Qrem valideynlərindən tamamilə uzaqlaşıb. Aktrisa "Veqasda oğlan qonaqlığı" (2009), "Oğlan qonaqlığı 3" (2013), "Cəhənnəmdən" (2001), "Aptek Kovboyu" (1989), "Haray" (1991), "Sürücülük vəsiqəsi" (1988) filmlərindəki rolları ilə məşhurdur. Onun aparıcı aktrisa kimi ilk rolu “Ostin Pauers: Məni aldadan casus” (1999) filmində Felisiya Trahvell olub. 2001-ci ildə Qrem Qatil Cek haqqında əhvalatın ekran işi “Cəhənnəmdən” filmində Meri Kelli rolunda çəkilib. 2002-ci ildə “Quru”, “Məni incə öldür” filmlərində çəkilib. “People” jurnalı 2001-ci ildə Qremi dünyanın ən gözəl 50 insanı siyahısına daxil edib. “Böyük şəhərdə seks” televiziya serialında epizodlardan birində Qrem özünü oynayıb. 2005-ci ildə Qrem Garnier ticarət markasının siması seçilərək saça qulluq vasitələrini reklam edib. "Yarım magiya" (2018) filminin rejisoru və ssenaristi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D1%8D%D0%BC,_%D0%A5%D0%B8%D0%B7%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç