Nik Hornbi
Yazıçı, ssenarist
Nik Hornbi 17 aprel 1957-ci ildə Surrey qraflığının Redhill şəhərində (İngiltərə) anadan olub. 11 yaşı olanda valideynləri boşanır. Hornbi başını qatmaq üçün futbola yazılır və Londonun “Arsenal” klubunun azarkeşinə çevrilir. Futbol barədə xatirələrini “Futbol həyəcanı” avtobioqrafik kitabında bölüşüb. Yazıçılıq karyerasına 1983-cü ildə başlayıb. Yazdığı əsərlərdə adətən müasir mədəniyyətə toxunur və qəhrəmanları da həyatda hədəfi olmayan gənc adamlar olur. Yazdığı əsərlərin bəziləri ekranlaşdırılıb. “Hisslərin tərbiyəsi” (2009) və “Bruklin” (2015) filmlərinin ssenari müəllifidir. "Oskar" və BAFTA mükafatı namizədidir.1993-cü ildə Hornbi və həyat yoldaşı Virciniya Bouellin Denni adlı oğulları doğulur. Uşaqda autizmin olduğu müəyyənləşir. Hornbi gəlirinin xeyli hissəsini autizmdən əziyyət çəkən uşaqlar üçün xeyriyyə təşkilatına verir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nick_Hornby