Yusup Razıkov

Yusup Razıkov

Ssenarist, rejissor, prodüser

BİOQRAFİYA

Yusup Süleymanoviç Razıkov - özbəkistanlı və rusiyalı kinorejissor və ssenaristdir. 5 iyun 1957-ci ildə Daşkənddə hərbçi ailəsində anadan olub. Atalığı erməni əsilli mülki aviasiya pilotu Lev Xerunsev olub. Orta məktəbdə əsas təhsil proqramını başa vurduqdan sonra sənədlərini Daşkənd Dövlət Universitetinin filologiya fakültəsinə təqdim edib. Ali təhsillə paralel olaraq “Uzbekfilm” kinostudiyasında işıqlandırma üzrə mütəxəssis vəzifəsində çalışıb. 1986-cı ildə Ümumrusiya Kino İncəsənət İnstitutunun ssenaristlik fakültəsini bitirib. 1983-cü ildə “Liftli evin pilləkanları” qısametrajlı filmi Moskva Gənc Kino Festivalının qalibi olub (ən yaxşı qısametrajlı film ssenarisi nominasiyasında). 15 il Moskvada yaşayıb və “Mosfilm” kinostudiyasında işləyib. 1999-cu ildən etibarən “Uzbekfilm” kinostudiyasının direktorudur. 2004-cü ildə isə onun bədii rəhbəridir. “Domla” və “İntizam” adlı ilk özbək seriallarının müəllifi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B7%D1%8B%D0%BA%D0%BE%D0%B2,_%D0%AE%D1%81%D1%83%D0%BF_%D0%A1%D1%83%D0%BB%D0%B5%D0%B9%D0%BC%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç