Yelena Koreneva

Yelena Koreneva

Aktrisa

BİOQRAFİYA

Yelena Alekseyevna Koreneva – Sovet və Rusiya teatr və kino aktrisası, ədəbiyyatşünas, rejissor, ssenaristdir. 2017 və 2019-cu illərdə “NİKA” mükafatı laureatı olub. Yelena Koreneva 3 oktyabr 1953-cü ildə Moskvada artist ailəsində anadan olub. Atası Aleksey Korenev tanınmış Sovet və Rusiya kinorejissorudur. Yelena uşaqlığında balet rəqqasəsi olmağı arzulasa da, onu xoreoqrafiya məktəbinə qəbul etməyiblər. 16 yaşında olanda atasının “Sizi Taymır çağırır” adlı filmində Dunya Baburina rolunda kinodebüt edib. İngilis dili təmayüllü məktəbi bitirdikdən sonra B.Şukin adına teatr peşə məktəbinə “şərti olaraq” qəbul olunub. Üç aydan sonra müstəqil işlərini ortaya qoyduqdan sonra onu peşə məktəbinin tələbə sıralarına təsdiq ediblər. 1974-cü ildə tələbə ola-ola Andrey Konçalovskinin “Sevgililər haqda romans” filmində baş rola çəkilib. Filmin çəkilişi zamanı rejissorla onun arasında romantik münasibətlər yaranıb. Bu rol gənc aktrisaya şöhrət qazandırıb. Ekran əsəri Karlovı Varı kinofestivalında 1974-cü ildə “Büllur qlobus” mükafatçısı olur. 1982-ci ilin iyun ayında amerikalı rus dili müəllimi Kevin Mossla ailə qurub və ABŞ-a mühacirət edib. Bir neçə il evlilik həyatı yaşayıblar. İddiaya görə sonradan ərinin homoseksual olduğunu öyrənib və cütlük boşanmaq qərarına gəlib. Rəsmi boşanmadan sonra Nyu-Yorkda yaşayıb. Hal-hazırda aktyor Andrey Taşkovla vətəndaş nikahındadır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%80%D0%B5%D0%BD%D0%B5%D0%B2%D0%B0,_%D0%95%D0%BB%D0%B5%D0%BD%D0%B0_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç