Sergey Svetlakov

Sergey Svetlakov

Aktyor

BİOQRAFİYA

Sergey Yuryeviç Svetlakov – rusiyalı kino və televiziya aktyoru, teleaparıcı, prodüser, ssenarist. yumorist, keçmiş ŞHK (KVN) üzvüdür. 2000-2009-cu illərdə “Uralskie Pelmeni” ŞHK komandasının iştirakçısı olub. 12 dekabr 1977-ci ildə Sverdlovsk şəhərində (RSFSR) anadan olub. Uşaqlığında artistlik bacarığı ilə seçilib, daima ətrafında olanları öz hərəkətləri və məzəli danışığı ilə əyləndirib. Yekaterinburqun 2 saylı məktəbini bitirib. Məktəb illərində futbol və basketbolla məşğul olub, daha sonra həndbol üzrə idman ustası dərəcəsini alıb. Ümumiyyətlə gələcək karyerasını idmanla bağlayıb. Ancaq valideynləri onun texniki sahəni seçməsinə israr edib: atası maşinis köməkçisi, anası isə dəmiryolçu olub. 2000-ci ildə Ural Dövlət Universitetini “dəmiryolu nəqliyyatının iqtisadiyyatı” ixtisası üzrə bitirib. Tələbə olduğu illərdə universitetin təşkil etdiyi ŞHK komandasında iştirak edib, onun kapitanı olaraq “İnstitut cəngavəri” müsabiqəsinin qalibi olub. Sergeyin komandası təxminən iki il yarışlarda iştirak edib, ŞHK Svetlakov üçün prioritetə çevrildiyindən, dərsləri onun üçün ikinci plana keçib. Davamiyyətlə bağlı ciddi problemləri olan Svetlakov hətta universitetdən xaric edilmək astanasında olub. Universitetin son kursunda “Uralskie Pelmeni” populyar komandası ilə müəllif olaraq əməkdaşlığa başlayıb. Bir müddətdən sonra onun heyətinə qoşulara ŞHK Yüksək liqasının çempionu olub (2000). ŞHK-dəki uğurlarından sonra o yumorist olaraq müxtəlif teleşoular və stendaplarda iştirak etməyə başlayıb, aktyor qismində serial və kinolara çəkilməyə başlayıb. Şəxsi həyatına gəlincə iki dəfə evli olub. Birinci həyat yoldaşı universitetdən olan tələb yoldaşı Yuliya Svetlakovadır. Bu nikahdan 2008-ci il təvəllüdlü qızları var. 2012-ci ildə yollarını ayırıblar. İkinci həyat yoldaşı isə Antonina Çebotaryovadır. Cütlüyün 2013 və 2017-ci il doğumlu iki oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B2%D0%B5%D1%82%D0%BB%D0%B0%D0%BA%D0%BE%D0%B2,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%AE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç