Şəbnəm Hassanisouqi

Şəbnəm Hassanisouqi

Aktrisa

BİOQRAFİYA

Şəbnəm Hassanisouqi – Azərbaycan (Cənubi Azərbaycan) əsilli türkiyəli aktrisadır. Atası Cənubi Azərbaycandan olan vəkil, anası iran-türk əsilli notarius olub. Şəbnəm 7 dekabr 1985-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Memar Sinan adına Təsviri İncəsənət Universitetinin teatr sənəti fakültəsində ali təhsil alıb. Aktrisalıq karyerasına paralel olaraq musiqi ilə də məşğul olur. O müxtəlif musiqi alətlərində (gitara, zərb alətləri, qarmon) ifa edə bilir. Aktrisa qismində debütünü 2007-ci ildə “Səssiz Gəmilər” adlı serialda gerçəkləşdirib. Serial Türkiyənin ATV telekanalında yayımlanıb. Həmin işdən sonra Şəbnəmi mütəmadi olaraq müxtəlif serialların çəkiliş meydanlarına dəvət ediblər. 2015-ci ildə “Poyraz Karayel” serialının aktyor heyətinə qoşulub. Şəxsi həyatına gəlincə, Şəbnəm musiqiçi və müğənni Əhmət  Kənan Bilginlə 2016-cı ildən bəri evlidir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://zabaka.tv/inrole_shebnem_hassanisougi.html

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç