Yevgeniy Sıqanov
Aktyor
Yevgeniy Eduardoviç Sıqanov – rusiyalı aktyor və rejissordur. 2015-ci iləd Rusiya Federasiyası Hökumət mükafatının laureatı olub. 15 mart 1979-cu ildə Moskvada “Titan” Elmi-tədqiqt institutun əməkdaşlarının ailəsində anadan olub. Aktyorun özündən böyük (anasının ilk nikahdan olan) bacısı var. Musiqi məktəbinin fortepiano sinifini bitirib. 4 il Taqanka teatrında çalışıb, müxtəlif uşaq rolları oynayıb. 1993-1997-ci illərdə “A.S” rok-qrupunun üzvü olub, daha sonra dostu ilə birlikdə “Qrenki” adlı qrupu yaradıb. 1996-cı ildə Şukin adına məktəbə daxil olub. 1997-ci ildə isə Rusiya Teatr İncəsənət Akademiyasının rejissorluq fakültəsinə qəbul olunub, 2001-ci ildə həmin təhsil ocağını bitirib və Moskva teatrının “Pyotr Fomenkonun emalatxanası” adlı truppasına qoşulub. Kinoda debütü 2001-ci ildə baş tutub. 2009-cu ildə karyerasının ən əlamətdar filmlərindən olan “Brest qalası” tarixi dramına çəkilib. 2014-cü ildə “Olimpiya” tamaşasının quruluşçu rejissoru olub. 2005-ci ildə aktrisa İrina Leonova ilə faktiki nikaha daxil olub. Cütlüyün 7 uşağı var. Yoldaşı yeddinci uşağa hamilə olanda (2015-ci ildə) ailəsini atıb. Hazırda Yuliya Snigir ilə vətəndaş nikahındadır. 2016-cı ildə onların Fyodr adlı oğulları doğulub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A6%D1%8B%D0%B3%D0%B0%D0%BD%D0%BE%D0%B2,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87