Pavel Derevyanko
Aktyor
Pavel Yuryeviç Derevyanko - rusiyalı teatr və kino aktyorudur. 2 iyul 1976-cı ildə Taqanroqda (Rusiya) anadan olub. Rusiya Teatr İncəsənət Universitetinin ikinci kursunda oxuyanda tələbə yoldaşları ilə birlikdə “Zatovarennaya boçkotara” tamaşasına quruluş verən zaman rejissor Aleksandr Kottun diqqətini çəkib. A.Kott üç il sonra “İki sürücü yol gedirdi” filmini çəkən zaman istedadlı cavanı taparaq ona rol verib. Həmin ərəfədə Pavel Oleq Menşikovun “Mətbəx” layihəsi üzrə məşğələdə iştirak etsə də, Kottun təklifini qəbul edir. 2013-cü ildə “Ayın görünməyən tərəfi” teleserialında Mixail Solovyov roluna görə “Televiziyada ən yaxşı rol” nominasiyasında “Qızıl qartal” mükafatına namizəd olub. 2015-ci ilin baharında Vasya Oblomovun “Mnoqoxodovoçka” mahnısına çəkilmiş klipdə müstəntiq-həkim rolunu oynayıb. Həmin il eyni zamanda "Uma2rmaH" qrupunun “Toksini” adlı klipində baş rola çəkilib. 2015-ci ildə “Böyük” serialında baş rolu (III Pyotr) ifa edib. 2018-ci ildə “Ev dustaqlığı” adlı populyar internet serialında korrupsioner meri oynamaqla Rusiyalı tamaşaçılarının sevgisini qazanıb. Serial Rusiya serialları reytinqinə uzun müddət başçılıq edib. P.Derevyanko məşhur Sovet aviakonstruktoru Vladimir Myasişevin nəvəsi Darya Myasişeva ilə yaşayır. Cütlüyün iki qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: