Vladimir Yerömin

Vladimir Yerömin

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Vladimir Arkadyeviç Yerömin - sovet və Rusiya teatr/kino aktyoru, səsləndirmə aktyoru, ssenarist, prodüser və teleaparıcıdır. 2006-cı ildə Rusiya Federasiyasının Əməkdar artisti adını qazanıb. 6 sentyabr 1950-ci ildə Omsk vilayətinin Muromsevo kəndində anadan olub. Atası hərbçi-mühəndis olub. Valideynlərinin teatr və kino sahəsi ilə heç bir əlaqəsi olmasa da, uşaqlığından sirk və teatrla maraqlanıb. 1957-1967-ci illərdə Qazaxıstanın Pavlodar şəhər məktəbində oxuyub. 1968-1972-ci illərdə Nemiroviç-Dançenko adına Studiya məktəbdə təhsil alıb. 1973-1979-cu illərdə Rusiya Dövlət Akademik Teatrının truppasında oynayıb. 1979-cu ilə qədər Qazaxıstan Dövlət Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsində oxuyub. 1995-1997-ci illərdə Moskvanın Satrikon teatrının aktyoru olub. 2014-cü ildən etibarən Rusiya Mərkəzi Ordu Akademik Teatrının artistidir. Həyat yoldaşı teatrşünas Marina Anatolyevna Venskayadır. Oğlu Aleksandr memardır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%95%D1%80%D1%91%D0%BC%D0%B8%D0%BD,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%90%D1%80%D0%BA%D0%B0%D0%B4%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç