Aleksandr Kott
Rejissor, ssenarist, prodüser
Aleksandr Konstantinoviç Kott - rusiyalı kinorejissor və ssenaristdir. Rejissor olan Vladimir Kott adlı əkiz qardaşı var. Konstantin Kott və Bella Raxlinanın ailəsində dünyaya göz açıb. 1990-cı ildə Krasnaya Presna Teatrı nəzdində Estetik tərbiyə məktəbini bitirdikdən sonra fotoqraf işləyib. Bir sıra yerli fotosərgilərdə iştirak edib. 1994-cü ildə Ümumrusiya Kino İncəsənət İnstitutuna Vladimir Xotinenkonun bədii film rejissorluğu emalatxanasına daxil olub. 1997-ci ilin payız ayında Krakov şəhərində Ancey Vaydanın master-klasından uğurla keçib. 1997-ci ildə “ARTE” telekanalının sifarişi ilə “Səyahət” adlı təkkadrlı film, bir il sonra isə “Kəndir” (1998) adlı qısametrajlı film çəkib. “Fotoqraf” filmi ilə 30-dan çox beynəlxalq kinofestivalda iştirak edib. 2000-ci ildə Ümumrusiya Kino İncəsənət İnstitutunu bitirib. 2000-ci ildə “Müqəvva” adlı qısametrajlı filmi lentə alıb. 2010-cu ildə “Brest qalası” və “Podsadnoy” adlı filmləri ekranlara çıxıb. Birinci, Rusiya və Belarusun kult filmlərindən birinə çevrilib. Tənqidçilər onu son 25 ilin ən yaxşı müharibə filmi adlandırıb. Rejissor aktrisa Anna Sukanova-Kottla evlidir. Cütlüyün 2008-ci il təvəllüdlü Mixayil adlı oğlu və 2018-ci il təvəllüdlü Leya adlı qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%BE%D1%82%D1%82,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87