Conatan Zakkai
Aktyor
Conatan Zakkai – 22 iyul 1970-ci ildə Brüsseldə artist ailəsində anadan olub. Anası Sara Kaliski tanınmış rəssam, babası belçikalı dramaturqdur. Əvvəl Jonatan rejissor olmağı arzulayıb, ölkəsində və bir sıra Avropa dövlətlərində o cümlədən Böyük Britaniyada reklam çarxları çəkib. Ancaq sonrada özünü tamamilə aktyorluğa həsr edib. İlk ciddi rolunu “Uşaqların qiyamı” adlı filmində oynayıb. 1990-cı illərdə Jonatan Zakkai fransız və xarici seriallara çəkilib (“Dağlı, 1992-1998, “Virusa qarşı 3000 ssenari”, 1994 və s.). “Onun həyatının royalı” filmində və “Kabuslar” (2004) dramında oynadığı rollardan sonra populyarlaşıb. Bir il sonra Jak Odiarın “Qəlbim daha döyünmür” filmində Romen Düri ilə tərəf- müqabili olub. Orada fırıldaqçı daşınmaz əmlak alverçisi rolunu oynayıb. 2010-cu ildə rejissor Ridli Skott Zakkaini “Robin Qud” blokbasterinin çəkilişinə dəvət edib, tarixi dramın remeykində aktyor Fransa kralı Filipp rolunu oynayır. 2011-ci ilin fevral ayında Jonatan Zakkai Belçika Milli Kinomükafatının qalibi olub (ən yaxşı kişi rolu nominasiyasında). Rejissor olaraq Zakkai öz yazdığı ssenarilər əsasında üç lent çəkib: iki qısametralı film və “9-cu İsa Məsih” adlı tammetrajlı film. 2007-ci ildə Namür şəhərində keçirilən 29-cu Beynəlxalq fransızdilli qısametrajlı film festivalının münsiflər heyətinə daxil edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%B0%D0%BA%D0%BA%D0%B0%D0%B8,_%D0%96%D0%BE%D0%BD%D0%B0%D1%82%D0%B0%D0%BD