Sarp Apak

Sarp Apak

Aktyor

BİOQRAFİYA

Sarp Apak 11 noyabr 1981 ci ildə Türkiyənin Diyarbəkir şəhərində anadan olub. Sədri Alışık adına Teatrda “Ağır Roman” adlı əsərin tamaşasında inanılmaz oyun nümayiş etdirib. Həmin il Yılmaz Ərdoğanında yer aldığı BKM qrupuna daxil olub və “Orqanize işlər” adlı filmə rol təklifi alıb. ”Anadolu pələngi”, “En son babalar duyar” seriallarında və Doğtaş reklam çarxlarında çəkilib. Aktyor “Avrupa yakası” serialındakı Tanrıverdi rolundan sonra məşhurlaşıb. Daha sonra İşTcell reklam çarxlarında bəyənilib. Apak, müəllifi və bəstəkarı olduğu “Aşkınla Yandım” mahnısıyla bir çox rok musiqi dinləciyisinin qəlbini fəth edib. Mahsun Kırmızıgülün “Bəyaz Mələk”, “Günəşi Gördüm” adlı filmlərində və Murat Saraçoğlunun "O... Çocukları" adlı filmində oynayıb. ”Kavak yelləri” serialında bir müddət fasilə versədə, sonradan serialdakı rolunu davam etdirib. Daha sonra Gülsə Birselin “Yalan dünya” serialında Emir Danışma xarakterini canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2709993/ 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç