Lüsi Frey

Lüsi Frey

Aktrisa

BİOQRAFİYA

Lüsi Elizabet Fray 13 mart 1992-ci ildə Vuluvində (Kvinslend ştatı, ABŞ) anadan olub. Avstraliyalı kino, teatr aktrisası və fotomodeldir. “Vampirlər Akademiyası” filmində Vasilisa Draqomir və “Mako adasının sirrləri” serialında Layla rolları ilə tanınıb. 2010-cu ildə Fray televiziyada debüt edərək “H2O: Sadəcə su əlavə et” teleserialında epizodik rolda çəkilib. Həmin ildə Lüsi Thirsty Merc qrupunun Tommy And Krista mahnısına çəkdirdiyi musiqili videousunda çəkilib. 2012-ci ildə “Xəyali sörfinq” teleserialında baş rollardan birini ifa edib. Aktrisanın növbəti işi “Mako adasının sirrləri” serialında levitasiya qabiliyyətinə malik Layla adlı su pərisini canlandırıb. 2013-cü ilin fevralında “Vampirlər Akademiyası” filmində Vasilisa Draqomir rolunda seçildiyi məlum olub. 2014-cü ildə “Now Add Honey” filmində Lüsi baş rollardan birini ifa edib. 2015-ci ildə Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən “11.22.63” mini serialında Marina Osvald rolunda çəkilib. Həmin ili “Əlaqələri olan tələbə” filmində Tomas Mannla birlikdə çəkilib. 13 may 2016-cı ildə “Zülmət” filmində Kevin Beykonun qızı rolunda çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%B0%D0%B9,_%D0%9B%D1%8E%D1%81%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç