Çarlz Fergüson
Rejissor, ssenarist, prodüser
Çarlz Fergüson – amerikalı sənədli filmlər rejissorudur. 2008-ci il qlobal iqtisadi böhranına həsr olunmuş “İşin içində” (İnside Job) filminə görə “Oskar” mükafatına layiq görülüb. 2014-cü ildə CNN telekanalı üçün keçmiş dövlət katibi və keçmiş birinci xanım (ABŞ) Hilari Klinton haqda film çəkməyi planlaşdırsa da, öz niyyətini gerçəkləşdirə bilməyib. Fergüson 24 mart 1955-ci ildə ABŞ-da anadan olub. 1972-ci ildə San-Fransiskonun Lowell High School ali məktəbini bitirib. 1978-ci ildə Berkli universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi əldə edib. 1989-cu ildə isə Massaçusets texnologiya instititunda doktor dərəcəsini müdafiə edib. Akademik karyerasını MTİ-da davam etdirib, bir müddət ABŞ prezident administrasiyasının konsultantlarından olub. 1992-1994-cü illərdə Apple, Xerox, Motorola və Texas İnstruments kimi “nəhənglərin” biznes-strategiyası üzrə müstəqil konsultantı kimi xidmət göstərib. 20 ildən çox kino ilə maraqlanıb və mütəmadi olaraq Telluride kinofestivalında iştirak edib. 2005-ci ildə “Representational Pictures” adlı şəxsi studiyasını yaradaraq, İraq müharibəsinə həsr olunmuş “Ucu-bucağı yoxdur” (No End İn Sight). Film 2007-ci ildə Sandens kinofestivalının münsiflər heyətinin xüsusi mükafatını qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D1%80%D0%B3%D1%8E%D1%81%D0%BE%D0%BD,_%D0%A7%D0%B0%D1%80%D0%BB%D1%8C%D0%B7_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80)