Gilfi Zoqa - islandiyalı iqtisadçıdır. 2008-ci ilin qlobal iqtisadi böhranından bəhs edən, Oskar mükafatı qazanmış "İşin İçində" (Inside Job) sənədli filminin əsas müsahiblərindən biri kimi məşhurlaşıb. 14 fevral 1963-cü ildə İslandiyada anadan olub. 1993-cü ildə ABŞ-ın Kolumbiya Universitetində iqtisadi elmlər doktoru adını qazanıb. Daha əvvəl həmin universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi əldə edib. Zoqanın sahəsi makroiqtisadiyyat və əmək iqtisadiyyatıdır, bu mövzularda çoxsaylı elmi işləri dərc olunub. Hazırda Londonun Birbek Kollecinin iqtisadiyyat bölməsinin professorudur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gylfi_Zoega