Emi Saymets

Emi Saymets

Aktrisa

BİOQRAFİYA

Emi Linn Saymets – amerikalı kinoaktrisa, ssenarist, kinorejissor və prodüserdir. Emi Saymets 25 noyabr 1981-ci ildə ABŞ-ın Florida şəhərində anadan olub. Uşaqlığı Florida ştatının Tampa şəhərində keçib. Bir müddət yerli kinoməktəbdə oxuduqdan sorna Los-Ancelesə köçüb. Orada müxtəlif vaxtlarda dolanmaq üçün dayə, ofisiant, dərzi işləyib, boş vaxtlarında kino sənətini öyrənib. Kinokaryerasına qısametrajlı və kiçikbüdcəli müstəqil filmlərlə başlayıb. 2008-ci ildə “Qotem” və “Müstəqil Ruh” mükafatlarına namizəd olan “Melanxoliyadan dərman” filminin prodüser köməkçisi olub. Emi Saymets “Sonuncu Aleksandr, rejissor Co Svanberqin “Gümüş güllələr” və “Autoerotika”, bundan başqa “İyul ayında dama çıxmış Qebi”, “Kiçik mebel”, “Amerika şənliyi ilə bağlı əsatir” kimi filmlərdə rollar alıb. “Ölməyin dəhşət yolu” trillerində oynadığı rola görə “Fantastic Fest” kinofestivalında “ən yaxşı aktrisa” nominasiyasında qalib olub. Filmin dünya premyerası Torontoda baş tutub və kifayət qədər uğurlu alınıb. “Qeyri-iş vaxtı” filmindən sonra (həmin filmdə baş rolu oynayıb) “Los-Angeles Time” qəzeti onu müstəqil kinematoqrafiya dünyasının əsas tapıntısı kimi qələmə verib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%B9%D0%BC%D0%B5%D1%82%D1%86,_%D0%AD%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç