Yevgeniy Qindilis

Yevgeniy Qindilis

Prodüser

BİOQRAFİYA

Yevgeniy Qindilis  rusiyalı kinoprodüserdir. 12 iyun 1966-cı ildə anadan olub. 1988-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Bundan başqa Nyu-Yorkun Tiş İncəsənət Məktəbinin kino tarixi və nəzəriyyəsi fakültəsinin məzunudur (1994). 1989-1990-cı illərdə SSRİ Kİ Kino muzeyinin elmi əməkdaşı vəzifəsini tutub. 1990-1991-ci ildə ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində “Yanus” kinoteatrının meneceri olub. 1992-1994-cü illərdə Linkoln Mərkəzində yerləşən Yəhudi Muzeyinin Beynəlxalq kinofestivalının kordinatoru olub. 1994-cü ildə Vizual incəsənət mərkəzinin icraçı direktoru vəzifəsini tutub. 1995-1996-cı illərdə WTN teleşirkətinin Moskva nümayəndəliyinin prodüseri olub. 1995-1998-ci illərdə “ORT” teleşirkətinin kinoproqram direksiyasının prodüser müavini vəzifəsini tutub. 2003-cü ildən “TV-Muvi” kinoşirkətinin baş direktoru vəzifəsindədir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/producer/ros/21238/bio/

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç