Yelena Dudina
Aktrisa
Yelena Dudina – rusiyalı kino və teatr aktrisasıdır. Rusiyalı tamaşaçılar arasında “Lüdmila”, “Dünən müharibə bitdi” kimi seriallarda oynadığı rollarla məşhurdur. Yelenda Dudinya 1988-ci ildə Komsomolsk şəhərində anadan olub. Erkən yaşlarından idmanla məşğul olmağa başlayıb, sevimli idman növü üzgüçülükdür. On bir yaşında olanda yeniyetmələr arasında üzgüçülük birinciliyinin qalibi olub (Xabarovsk diyarında). Bir neçə ildən sonra Moskvaya köçüb, məktəbi orada bitirib. Məktəbdə oxuduğu müddətdə paralel olaraq İrina Podkopayevin teatr dərslərinə yazılıb. Bir neçə ali təhsil ocağına sənədlərini verib və hər birindən müsbət cavab alıb. Sonda o Moskva Bədii Teatrının (MXAT) studiya ali məktəbini seçib. 2011-ci ildə aktyor Anatoliy Rudenko ilə rəsmən evlənib. Bal ayını Maldiv adalarında keçiriblər. 2012-ci ildə cütlüyün Milena adlı qızları dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/elena_dudina/