Yuriy Entin

Yuriy Entin

Ssenarist, aktyor

BİOQRAFİYA

Yuriy Sergeyeviç Entin – Sovet və Rusiya şairi, dramaturqu və ssenaristidir. Rusiya və MDB məkanında cizgi filmləri və uşaq bədii filmlərinə yazdığı ssenari və mahnılarla şöhrət qazanıb. 2016-cı ildə Rusiya Federasiyası Prezidentinin Mükafatını alıb. Entin 21 avqust 1935-ci ildə Moskvada dünyaya gəlib. Məktəb illərindən ədəbiyyat və tarixlə maraqlanıb. Pedaqoji institutun tarix fakültəsini bitirib, daha sonra poliqrafik institutda redaktə fakültəsində oxuyub. Ardınca tarix müəllimi və kitabxanaçı vəzifələrində çalışıb. 1962-1969-cu illərə kimi “Melodiya” uşaq redaksiya firmasının redaktoru olub. 1969-cu ildən etibarən müstəqil rəssamdır. İlk həyat yoldaşı inqilabçı N.V.Krılenkonun nəvəsi Marinadır. Onunla nikahdan Yelena adlı qızı var. İkinci həyat yoldaşının da adı Marina olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BD%D1%82%D0%B8%D0%BD,_%D0%AE%D1%80%D0%B8%D0%B9_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç