Oleq Popov

Oleq Popov

Aktyor, ssenarist

BİOQRAFİYA

Oleq Konstantinoviç Popov – Sovet və Rusiya sirk artisti, aktyor və rejissordur. 1969-cu ildə SSRİ Xalq Artisti adını alıb. Oleq Popov 31 iyul 1930-cu ildə Moskva vilayətinin Vırubovo kəndində anadan olub. Sonradan ailəsi Obiralovka kəndinə köçüb, daha sonra isə Moskvaya köçüb. 1937-ci ildə onun atası müəmmalı şəkildə yoxa çıxıb. Saatsaz işləyən atası, bir versiyaya görə, İ.Stalinə aid saatın sıradan çıxması ilə əlaqədar həbs olunub, başqa bir versiyaya görə, növbəti dəfə sərxoş vəziyyətə düşərək, cinayət törədib və buna görə sürgün edilib. Oleq 1943-cü ildə “Pravda” poliqrafik kombinatında çilingər köməkçisi vəzifəsinə işə düzəlib. Öz karyerasını ekvilibristolaraq başlayıb. 1950-ci ildə Saratov sirkində xalça klounu qismində debüt edib. 1951-1952-ci illərdən etibarən Riqa sirkində rəsmən kloun vəzifəsinə işə düzəlib. Qərbi Avropa ölkələrində Sovet sirki ilə ilk qastrol səfərlərinə çıxıb. Böyük Moskva Dövlət Sirkində işləyib. 2016-cı ildə Rostov şəhərində dünyasını dəyişib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%BF%D0%BE%D0%B2,_%D0%9E%D0%BB%D0%B5%D0%B3_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç