Valeriy Zolotuxin

Valeriy Zolotuxin

Aktyor

BİOQRAFİYA

Valeriy Serqeyeviç Zolotuxin – Sovet və Rusiya teatr və kino aktyoru, RSFSR Xalq artisti (1987). 2011-2013-cü illərdə Taqanka teatrının bədii rəhbəri olub. Valeriy Zolotuxin Altay diyarının Bıstrıy İstok kəndində, kolxoz sədri Sergey İllarionoviçin ailəsində dünyaya göz açıb. Uşaqlıq illərindən bəri aktyorluq sevdasında olub. 1958-ci ildə Rusiya Teatr İncəsənət İnstitutun (QİTİS) musiqili komediya bölməsinə daxil olub. 1963-cü ildə məzun olduqdan sonra Mossovet adına Teatra dəvət olunub, orada bir il çalışıb. 1964-cü ildə Zolotuxin Taqanka teatrının aktyoru olub, səhnədə “Sezuandan olan yaxşı adam” tamaşasında su daşıyan Vanqa rolunda debüt edib. Oynadığı tamaşalar arasında “Bizim dövrün qəhrəmanı”, “Diri-diri”, “Mizantrop”, “Taun dövründə ziyafət”, “Qulaq asın camaat”, “Vladimir Vısotski”, “Vətəndaş, inan mənə..” yer alır. Kinoda Valeriy Zolotuxin 1965-ci ildə debüt edib. O L.Panteleyevin povesti əsasında çəkilmiş “Paket” filmində baş rol oynayıb. 1960-cı illərin sonlarında aktiv şəkildə kinolayihələrdə iştirak edib. “Tayqa sahibi” (1969), “Şahidin itməkliyi” (1971), “İlkin araşdırma” (1978) trilogiyasında millis Seryojkin rolu ilə məşhurlaşıb. 1994-cü ildə Zolotuxin hüquqmüdafiəçisi Qalina Volina ilə birlikdə Xeyriyyə İctimai Fondu yaradıb. Fond aktyorun ölümündən sonra onun adını daşıyır. Valeriy Zolotuxin 30 mart 2013-cü ildə Moskvada dünyasını dəyişib.


Ətraflı məlumat üçünü aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%97%D0%BE%D0%BB%D0%BE%D1%82%D1%83%D1%85%D0%B8%D0%BD,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D0%B8%D0%B9_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç