Yekaterina Vasilyeva

Yekaterina Vasilyeva

Aktrisa

BİOQRAFİYA

Yekaterina Sergeyevna Vasilyeva 15 avqust 1945-ci ildə Moskvada, tanınmış şair Sergey Vasilyevin ailəsində dünyaya gəlib. Böyük bacısı Qalina Vasilyeva bir neçə filmdə çəkilib. Yekaterina 1962-ci ildə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. 1967-ci ildə təhsilini başa vurub və elə həmin il M.N.Yermolov adına Moskva Dram Teatrının truppasına qəbul olunub. Orada 1970-ci ilə qədər səhnəyə çıxıb. Bir çox Sovet aktrisaları kimi ilk filminə hələ tələbə olanda çəkilib. Bu “Sabahın küçəsi” (1965) adlı kinopovestdə epizodik rol olub. İnstitutu bitirdikdən sonra “Əsgər və çariça”, “Adəm və Həvva” kimi filmlərdə baş rollara çəkilib. Yüksək aktyorluq bacarığı hesabına həm komediya, həm də dram rollarında uğur qazanıb. 1970-ci ildə “Sovremennik”də işə düzəlib. Teatrın səhnəsində 1973-cü ilə qədər çıxış edib. Ardınca Moskva İncəsənət Teatrının aktyor heyətinə qoşulub və orada 1987-ci ilə qədər xidmət göstərib. 1993-cü ildə aktrisalıq sənətini ataraq, kino və teatrdan ayrılıb və Tolq monastrında rahibə olub. 1996-cı ildə kinematoqrafiyaya qayıdaraq “Kraliça Marqo” və “Qrafinya de Monsoro” kimi teleseriallara çəkilib. Hal-hazırda da aktiv şəkildə kino və seriallara çəkilir. Rejissor Sergey Solovyov və dramaturq Mixail Roşinin həyat yoldaşı olub. Bir oğlu var. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B0,_%D0%95%D0%BA%D0%B0%D1%82%D0%B5%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%BD%D0%B0_(%D0%B0%D0%BA%D1%82%D1%80%D0%B8%D1%81%D0%B0)

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç