Aleksandr Abdulov
Aktyor, prodüser, ssenarist
Aleksandr Qavriiloviç Abdulov – 29 may 1953-cü ildə Tümen vilayətinin Tobolsk şəhərində (Rusiya) anadan olub. Atası Qavriil Daniloviç Abdulov yerli teatrlarında birində teatr rejissoru olub. 1956-cı ildə ailə Fərqanə şəhərinə (Özbəkistan) köçüb. Aleksandr Abdulov ilk dəfə teatr səhnəsinə beş yaşında olanda Fərqanə Dram Teatrının “Kreml kursantları” tamaşasında çıxıb. Debüt etməsinə rəğmən, uşaqlığından aktyor olmağı arzulamayıb. Məktəb illərində idmanla məşğul olub, qılıncoynatma üzrə SSRİ idman ustası namizədi adını qazanıb. 1970-ci ilin əvvəllərindən etibarən kinoya çəkilir. Debütü 1974-cü ildə baş tutub. Həmin vaxt “Vitya, Maşa və dəniz piyadaları haqqında” adlı filmə çəkilib. Karyerası ərzində ümumilikdə 112 filmin çəkilişi və səsləndirilməsində iştirak edib. İlk dəfə şöhrəti ona “Adi möcüzə” (1978) adlı televiziya filmində oynadığı Medved rolu gətirib. Növbəti il çəkildiyi “Sevgililərdən ayrılmayın” (1979) adlı filmdə baş kişi rolu – Mitya rolunu oynayıb. Filmdə tərəf müqabili birinci həyat yoldaşı İrina Alfyorova olub. 2007-ci ildə ona ağ ciyər xərçəngi diaqnozu qoyulub. 3 yanvar 2008-ci ildə Ürək-damar cərrahiyyə mərkəzində dünyasını dəyişib (55 yaşında).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D0%B4%D1%83%D0%BB%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%93%D0%B0%D0%B2%D1%80%D0%B8%D0%B8%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87