Emi Mainzer

Emi Mainzer

Aktrisa

BİOQRAFİYA

Emi Mainze - amerikalı astronom, astrofizika avadanlığı və infraqırmızı diapazondakı təhqiqatlarda ixtisaslaşıb. 2 yanvar 1974-cü ildə anadan olub. Onun asteroidlər, qəhvəyi cırtdanlar, planetlərin atmosferi, toz diskləri, ulduzların formalaşması, yer və kosmik baza cihazlarının layihələşdirilməsi və yaradılması məsələləri onun elmi marağındadır. NASA reaktiv hərəkət laboratoriyasının əməkdaşıdır. Emi Mainzer Wide-Field Infrared Survey Explorer layihəsinin elmi rəhbərinin müavinidir. Kiçik planetlərin öyrənilməsi üzrə NEOWISE layihəsinin baş tədqiqatçısıdır. Mainzer “Spitser” kosmik teleskopu üçün datmik layihələşdirib. İndi Yer planetinə yaxınlaşan asteroidlərə nəzarət edən telelskopun konstrukturlaşdırılması ilə məşğul olur. Mainzer Stenford Universitetinin (1996) fizika ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə ilə bitirib. Kaliforniya Texnologiya İnstitutunu (2000) astronomiya ixtisası üzrə magistr pilləsini bitirib. Los- Ancelesin Kaliforniya Universitetində (2003) astronomiya üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Bundan savayı, History Channel kanalında yayımlanan məşhur “Kainat” elmi serialını səsləndirib. Amymainzer (234750) asteroidi onun şərəfinə adlandırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%B9%D0%BD%D1%86%D0%B5%D1%80,_%D0%AD%D0%BC%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç