Yevgeniy Krılatov

Yevgeniy Krılatov

Bəstəkar

BİOQRAFİYA

Yevgeniy Pavloviç Krılatov - Sovet və Rusiya bəstəkarı və pianoçusudur. 160-dan çox film və cizgi filminin musiqisinin müəllifi olub. Bəstəkarlar ittifaqı, Kinematoqroflar ittifaqı, Teatr xadimləri ittifaqının üzvü olub. 1994-cü ildə Rusiya Federasiyasının Xalq artisti adını qazanıb. 1982-ci ildə SSRİ Dövlət mükafatı laureatı, 2015-ci ildə isə Rusiya prezidenti mükafatçısı olub. Krılatov 23 fevral 1934-cü ildə Lısyeva şəhərində fəhlə ailəsində dünyaya göz açıb. 2 yaşında olanda ailəsi Lısyeva şəhərində Permin şəhərkənarında yerləşən Motovilix qəsəbəsinə köçüb. Motovilix musiqi məktəbini bitirdikdən sonra, Perm musiqi peşə məktəbinə daxil olub. Musiqi təhsilini Moskva Dövlət Konservatoriyasında artırıb (1953-1959). Konservatoriyada eyni vaxtda iki fakültədə oxuyub. (bəstəkarlıq və fortepiano). Yevgeniy Pavloviç 8 may 2019-cu ildə Moskvada ikitərəfli pnevmoniyadan (86 yaşında) vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D1%8B%D0%BB%D0%B0%D1%82%D0%BE%D0%B2,_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D0%B8%D0%B9_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç