Arkadiy Struqatski
Ssenarist
Arkadiy Natanoviç Struqatski – Sovet, Rusiyalı yazıçı, ssenarist və tərcüməçidir. Qardaşı Boris Struqatski ilə birlikdə elmi və sosial fantastika janrının klassikasına çevrilmiş onlarla bədii və ekran əsərinin müəllifi olub. 28 avqust 1925-ci ildə Batumi şəhərində anadan olub. Atası Natan Zalmanoviç Struqatski “Trudovoy Acarıstan” qəzetinin redaktoru olub. Anası məktəbdə rus dilindən dərs deyib, böyük vətən müharibəsindən sonra Rusiya SFSR əməkdar müəllimi adını qazanıb və “Şərəf nişanı” ordeni ilə təltif olunub. Müharibə dövründə Struqatski ailəsi Leninqradda faşistlərin mühasirəsinə düşüb. 1942-ci ilin yanvar ayında Natan Struqatski və Akadiy Ladoj gölü üzərindən keçən “həyat yolu ilə” (təhlükəsiz dəhliz) təxliyə olunub, anası isə xəstə Borislə şəhərdə qalıb. Atası Voloqdada ölüb və nəticədə Arkadiy 1942-ci ildə indiki Orenburq vilayətinin Taşla qəsəbəsinə gedib çıxıb. Orada əhalidən süd məhsullarının alınması üzrə məntəqənin məsul şəxsi vəzifəsində çalışıb. 1943-cü ildə Qırmızı Orduya çağırılıb. Buna qədər anası və qardaşını Leninqraddan çıxarmağa nail olub. Berdiçev hərbi məktəbini bitirib. Aktübinskə ezam olunduqdan bir müddət sonra Hərbi Beynəlxalq Dillər institutuna ezam olunub. 1949-cu ildə yapon və ingilis dilləri tərcüməçisi ixtisasına yiyələnib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D1%80%D1%83%D0%B3%D0%B0%D1%86%D0%BA%D0%B8%D0%B9,_%D0%90%D1%80%D0%BA%D0%B0%D0%B4%D0%B8%D0%B9_%D0%9D%D0%B0%D1%82%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87