Uilyam R. Mouses

Uilyam R. Mouses

Aktyor, prodüser

BİOQRAFİYA

Uilyam Reminqton Mozes – amerikalı aktyordur. 1981-1987-ci illərdə çəkildiyi “Felkon Krest” sabun operasında oynadığı Koul Cioberri rolu ilə tanınır. Mozes 17 noyabr 1959-cu ildə Los-Ancelesdə (Kaliforniya ştatı, ABŞ) anadan olub. Böyük ekranlarda 1988-ci ildə “Mistik pitsa” filmi ilə tanınmağa başlayıb. Elə həmin il “Los-Ancelesli yadplanetli qadın” filminə çəkilsə də, ekran əsəri kassa uğursuzluğuna düçar olub və büdcəsini doğrultmayıb. Sonradan televiziyaya qayıdıb və 1992-1993-cü illərdə “Melrouz Pleys” sabun operasında görüntülənib. Növbəti illərdə Mozes mütəmadi olaraq televiziya layihələrində iştirak edib. Son illər “Qatı ağır cinayətlər”, “Valideynlərdən gizli”, “C.S.I: Cinayət yeri” və “Kasl” kimi populyar seriallara çəkilib. 1987-1997-ci illər ərzində aktrisa Treysi Nelsonla evli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%B7%D0%B5%D1%81,_%D0%A3%D0%B8%D0%BB%D1%8C%D1%8F%D0%BC_%D0%A0%D0%B5%D0%BC%D0%B8%D0%BD%D0%B3%D1%82%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç